NURUS_SEQELEYN_313 Telegram 6939
📚ARİFLƏRİN HÜZURUNDA

ƏLLAMƏ TƏBƏTABAİNİN GÖSTƏRİŞİ

📌 Həzrət Ayətullah Əllamə Təbətəbaiyə!
Salam! Mən 22 yaşlı bir gəncəm. Mənim bu sualıma təkcə sizin cavab verməyiniz mümkündür. Elə bir mühit və şəraitdə yaşayıram ki, nəfsi istəklərim mənə üstün gəlir və məni özünə əsir edir və nəticədə, Allaha doğru irəliləməyimə mane olur. Mənim sizdən istəyim budur ki, nəfsimə qalib gəlmək üçün hansı əməlləri yerinə yetirməyimi söyləyəsiniz. Bəlkə, bu yolla əksəriyyətin və mənim düçar olduğum bu xoşagəlməz və ilahi qəzəbə səbəb olan xüsusiyyətlərdən xilas olaraq səadətə çatam. Sizdən mənə nəsihət etmənizi deyil, əksinə müvəffəq ola bilməyim üçün əməli göstərişlər verməyinizi xahiş edirəm.

Əllamə Təbatabainin cavabı: "Səlamun ələykum: Müvəffəqiyyət və məktubda qeyd etdiyiniz məqsədə nail olmaq üçün təlaş göstərərək tövbə etməyiniz və özünüzə nəzarət edərək əməlləriniz barədə hesab kitab aparmağınız lazımdır. Beləliklə, hər gün sübh namazına qalxdığınızda, ciddi şəkildə niyyət edin ki, qarşılaşdığınız hər bir məsələ ilə əlaqədar Allahın razılığını əldə etməyə çalışacaqsınız. O zaman yerinə yetirmək istədiyiniz hər bir işin əvvəlində axirət mənfəətini niyyətinizdə tutacaqsınız. Əgər axirətə xeyri olmasa, həmin işi yerinə yetirməyəcəksiniz. Yatmağa hazırlaşarkən 4-5 dəqiqə gündüz gördüyünůz işlər haqqında fikirləşin, əməl və rəftarlarınızı bir bir nəzərdən keçirin. Əgər Allahın razılığı olan işləri yerinə yetirdiyini bilsən, onda, Allaha şükür et və əgər onun razılığı olmayan işləri gördüyünü anlasan, bu zaman Allahdan bağışlanmaq dilə və tövbə et! Bu üsul (metod) bir qədər çətin və insanların məzacına görə acı olmasına baxmayaraq, nicat və qurtuluşun açarıdır. Imkanınız olsa, hər gecə yatmamışdan qabaq "Hədid", "Həşr", "Səff", "Cümə" və "Təğabun" surələrini oxuyun və 20 gündən sonra öz vəziyyətiniz barədə mənə yazın. İnşaAllah, müvəffəq olacaqsınız. Vəssəlamu ələykum!"

www.tgoop.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊

tgoop.com/Nurus_Seqeleyn_313/6939
Create:
Last Update:

BY NURUS_SƏQƏLEYN_313

Share with your friend now:
tgoop.com/Nurus_Seqeleyn_313/6939

View MORE
Open in Telegram

Telegram News

Date: |

With the administration mulling over limiting access to doxxing groups, a prominent Telegram doxxing group apparently went on a "revenge spree." To edit your name or bio, click the Menu icon and select “Manage Channel.” best-secure-messaging-apps-shutterstock-1892950018.jpg Telegram users themselves will be able to flag and report potentially false content. To view your bio, click the Menu icon and select “View channel info.”
from us

Telegram NURUS_SƏQƏLEYN_313
FROM American