Telegram Web
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Həqiqi dost sən olmayanda səni müdafiə edəndir. Salam olsun, Həqiqi dostlara ! ❤️
Forwarded from ƏQAİD VƏ ƏXLAQ DƏRSİ 📚 (Durdane Hesenova)
*Tədris edən İlahiyyatçı Nəzakət Seyidova*

📌📌📌📌📌📌
*ƏQAİD DƏRSİ*
*Həftənin 1️⃣-ci günü*
*Saat 2️⃣1️⃣-0️⃣0️⃣*

*ƏXLAQ DƏRSİ*
*Həftənin 2️⃣-ci günü*
*Saat 2️⃣1️⃣:0️⃣0️⃣*

‼️ *DƏRSLƏR TELEQRAM VASİTƏSİLƏ KEÇİRİLİR* ‼️

📌 *Xanımlar, göy Linkin ⬇️ https://www.tgoop.com/+dudz5Aors-g1ZmJi üzərinə toxunaraq teleqramdakı dərslərə qoşula bilərsiniz.*

*Adminlərlə əlaqə:*
*051 577 45 56 Durdanə xanım*
*051 531 45 26 Nabat xanım*
Forwarded from Muxtar Səqəfi
Əziz izləyicilərimiz bir ehtiyaclı insan bizə müraciyət eliyib...300 manat sıxıntısı var(165 manat qalıb) işləmir deyə vəziyyəti pisdi...Tanıyırıq və əminik sözünə.Köməklik göstərək həll olsun sıxıntısı..

Allah sizlərdən razı olsun həmişə paylaşım edəndə ehsanlarıvızla məsələləri həll etmisiz.Yenə də əl tutaq.

4098584491366660

Bizim kartımızdı...Pul atan şəxslər yazsın ki bilək nə qədər toplandı.
Media is too big
VIEW IN TELEGRAM
Onlara: “Yer üzündə fitnə-fəsad törətməyin!” - deyildikdə onlar: “Biz yalnız islahedicilərik!” - deyərlər. (Bəqərə surəsi, 11)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bəs biz nə qədər aşiqik, eşq yolunda çətinliklərə hazırıq, razıyıq?🕊

Cümənin bərəkəti və məğfirəti sizlərə olsun,
əziz Müntəzirlər! 🌸🍃
Media is too big
VIEW IN TELEGRAM
Şeytanın namazdakı tələsi...
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Həzrət Əli ( ə.s) buyurdu : " Qureyş peyğəmbərə olan bütün kinini mənim barəmdə üzə çıxartdı. Məndən sonra da övladlarım barədə üzə çıxaracaq."
🏴🕊 Məsumların hədislərində İmam Mehdi (ə.f)🕊🏴

📌 İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim atalarımdan və övladlarımdan olan imamları qəbul edib, övladlarımdan olan Mehdini inkar etsə, bütün peyğəmbərləri qəbul edib, Məhəmməd (s)-i inkar edən kəs kimidir.
Ravi soruşdu: Ey mənim ağam Sənin övladlarından olan Mehdi kimdir ?
Dedi: yeddinci övladımın beşincisi. Onun şəxsi sizdən qeybə çəkilər və sizlərə Onun adının söyləmək halal deyil."

📚 Kəmalud din 2 c ,318 s

www.tgoop.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dünyaya bağlanan qəlb 3 şeyə məruz qalar:
1- bitməyən qəm- qüssə
2- Çata bilməyəcəyi arzular,
3- Ələ gəlməyən ümidlər !

Qəlbimizi ƏBƏDİ olmayana bağlamağa dəyərmi ?!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İlahi, bu acizliyimizə görə bizə qəzəblənmə! Bizə rəhm elə !
Fatiməi Məsumə On iki imamdan VII imam olan Musa əl-Kazımın qızı və VIII imam olan Əli ər-Rzanın bacısıdır. Qədim mənbələrdə doğum tarixi haqqında dəqiq bir məlumat yoxdur, lakin bəzi mənbələrdə doğum tarixinin hicrətin 173-cü ilində Zilqədə ayının ilk günündə Mədinədə olduğu bildirilmişdir.

Məsumənin adı Fatimədir. Bir neçə ləqəbə malikdir: Tahirə, Həmidə, Barre, Rəşidə, Təqiyə, Nəqiyə, Raziyə, Mərziyyə, Seyyidə, Uhtu Rza, Məsumə, Əhli-beyt Kəriməsi, Sitti, Fatimeyi-Kubra.

Fatiməyi Məsumənin məzarının ziyarətinin fəzilətli olduğu barədə Məsum İmamlardan bəzi hədislər nəql olunmuşdur. Cəfər Sadiqdən rəvayət olunan bir hədis belədir: "Allahın bir hərəmi var və o yer Məkkədir. Rəsulullahın bir hərəmi var və o yer Mədinədir. Möminlərin əmirinin bir hərəmi var və o yer Kufədir və biz Əhli-beytində bir hərəmi var və o yer Qumdur."
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ali Muhəmmədin (s.a.a) Kəriməsi,
Həzrəti Məsumə (s.ə) xoş gəldin! 💖

Bayramınız mübarək, əziz əhli beyt dostları! 🌸🍃
🌸🍃Həzrəti Məsumənin (s.ə) kəramətləri: 🌸🍃

1. Xanımın hərəminin qapısının açarını saxlayan, hərəmin xidmətçilərindən, Qum alimlərindən biri və imam Həsən Əsgəri (ə) məscidinin imam-camaatının mükəbbiri olan bir şəxs deyirdi: "Soyuq qış gecələrinin birində yuxuda gördüm ki, Həzrət Məsumə (ə) mənə buyurdu: "Qalx minarələrdə çıraq yandır!"
Mən yuxudan oyandım, amma yuxuma fikir vermədim. Yatdım və yenə həmin yuxu təkrar olundu. Mən yenə fikir vermədim. Üçüncü dəfə yenə həmin yuxunu gördüm və mənə buyurdu: "Sənə demirəmmi, qalx minarədə çıraq yandır?" Mən bu dəfə qalxdım və səbəbini bilmədiyim halda minarələrdə çıraq yandırdım və qayıdıb yatdım.
Səhər oyanıb hərəmin qapılarını açdım. Günəş çıxandan sonra dostlarımla divar dibində oturub qış günəşinin altında söhbət etməyə başladıq. Birdən diqqətimi bir-biri ilə danışan bir neçə zəvvarın söhbəti cəlb etdi.
Gördüm ki, bir-birlərinə deyirlər: "Bu xanımın möcüzəsini gördünüz? Əgər dünən o qarlı və soyuq havada bu xanımın hərəminin işıqları yanmasaydı heç cür yolu tapa bilməyib çöldə qırılardıq!"

🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃
2. Məşhəd şəhərindən Əmir Muhəmməd Kuhi nəql edir: "Üç il idi ki, iflic olmuşdum və yeriyə bilmədiyim üçün əlil arabasında hərəkət edirdim. Dəfələrlə Məşhəd və Tehranın peşəkar həkimlərinə müraciət etsəm də, çarə tapmırdım.
Dua məclislərində iştirak edib imam Rizadan (ə) şəfa istəsəm də, xeyri olmurdu. Nəhayət, bir dəfə ailəm ilə birgə hərəmə getdik və mən yana-yana dedim: "Ağa! Axı siz qeyri-müsəlmanları məhrum etmirsiniz.
Bəs mən ki, sizi sevənlərdənəm, niyə mənə baxmırsınız? Ağa, ya mənə cavab verin, ya da Quma gedib bacınıza şikayət edəcək və onu vasitəçi edəcəyəm."
Sonra həzrət Məsuməyə (ə) xitabən dedim: "Mən sizin qardaşınızın qonşusuyam. Ailəm böyükdür. Bacardığım qədər düz olmuşam və ömrümdə xəyanət etməmişəm. Niyə mənə şəfa vermir?"
Bundan sonra məni yuxu tutdu. Yuxuda gördüm bir xanım mənə buyurdu: "Gərək Quma gələsiniz ki, mən sizə şəfa verəm." Mən dedim: "İndi ki, bizim evə gəlmisiniz, elə buradaca şəfa verin, mənim Quma gəlməyə pulum yoxdur." O xanım buyurdu: "Siz gərək Quma gələsiniz."
Mən oyanıb yuxumu ailəm üçün danışdım. Bir az sükutdan sonra oğlum dedi: "Ata, biz nəyimiz vardırsa, sənin müalicənə xərcləmişik, amma mən evdəki su şüşəsinin qutularını satıb bir az pul yığmışam. Götürün bu pulu, gedin Quma. Ümidvaram şəfa tapasınız."
Mən Quma yola düşdüm. Quma çatdım, dəstəmaz alıb hərəmə getdim. İki nəfərdən qoluma girib, məni zirehin yanına aparmalarını xahiş etdim. Yorğun idim, odur ki, bir az dua edib yatdım.
Yuxuda gördüm ki, bir xanım mənə deyir: "Oğlum, xoş gəlmisən, daha şəfa tapdın, qalx, səndə heç xəstəlik yoxdur." Mən dedim: "Mən xəstəyəm və hərəkət edə bilmirəm!" O xanım mənə çay dolu bir piyalə verdi və buyurdu: "İç!" Mən çayı içdim. Birdən yuxudan oyanıb gördüm ki, ayaq üstə dura bilirəm. Qalxıb, müqəddəs zirehi öpməyə başladım." 🌸🍃
📚ARİFLƏRİN HÜZURUNDA


ƏLLAMƏ TƏBƏTABAİNİN GÖSTƏRİŞİ

📌 Həzrət Ayətullah Əllamə Təbətəbaiyə!
Salam! Mən 22 yaşlı bir gəncəm. Mənim bu sualıma təkcə sizin cavab verməyiniz mümkündür. Elə bir mühit və şəraitdə yaşayıram ki, nəfsi istəklərim mənə üstün gəlir və məni özünə əsir edir və nəticədə, Allaha doğru irəliləməyimə mane olur. Mənim sizdən istəyim budur ki, nəfsimə qalib gəlmək üçün hansı əməlləri yerinə yetirməyimi söyləyəsiniz. Bəlkə, bu yolla əksəriyyətin və mənim düçar olduğum bu xoşagəlməz və ilahi qəzəbə səbəb olan xüsusiyyətlərdən xilas olaraq səadətə çatam. Sizdən mənə nəsihət etmənizi deyil, əksinə müvəffəq ola bilməyim üçün əməli göstərişlər verməyinizi xahiş edirəm.

Əllamə Təbatabainin cavabı: "Səlamun ələykum: Müvəffəqiyyət və məktubda qeyd etdiyiniz məqsədə nail olmaq üçün təlaş göstərərək tövbə etməyiniz və özünüzə nəzarət edərək əməlləriniz barədə hesab kitab aparmağınız lazımdır. Beləliklə, hər gün sübh namazına qalxdığınızda, ciddi şəkildə niyyət edin ki, qarşılaşdığınız hər bir məsələ ilə əlaqədar Allahın razılığını əldə etməyə çalışacaqsınız. O zaman yerinə yetirmək istədiyiniz hər bir işin əvvəlində axirət mənfəətini niyyətinizdə tutacaqsınız. Əgər axirətə xeyri olmasa, həmin işi yerinə yetirməyəcəksiniz. Yatmağa hazırlaşarkən 4-5 dəqiqə gündüz gördüyünůz işlər haqqında fikirləşin, əməl və rəftarlarınızı bir bir nəzərdən keçirin. Əgər Allahın razılığı olan işləri yerinə yetirdiyini bilsən, onda, Allaha şükür et və əgər onun razılığı olmayan işləri gördüyünü anlasan, bu zaman Allahdan bağışlanmaq dilə və tövbə et! Bu üsul (metod) bir qədər çətin və insanların məzacına görə acı olmasına baxmayaraq, nicat və qurtuluşun açarıdır. Imkanınız olsa, hər gecə yatmamışdan qabaq "Hədid", "Həşr", "Səff", "Cümə" və "Təğabun" surələrini oxuyun və 20 gündən sonra öz vəziyyətiniz barədə mənə yazın. İnşaAllah, müvəffəq olacaqsınız. Vəssəlamu ələykum!"

www.tgoop.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İlahi, çarəsizlikdən cana doyduq. Göndər Xilaskarını, bitsin bu zülm. Dolsun ədalətlə, zülmə qərq olan dünya !😢😢😢
📚 QƏLBİ SƏLİM


📌 İNSANIN XƏBƏRSİZLİYİ TƏƏCCÜBLÜDÜR

Çox təəccüblüdür ki, insan bədəninin xəstəliklərdən sağalması üçün nə qədər səylər göstərir, pul xərcləyir, acı dərmanlardan istifadə edir, cərrah bıçağının altına girməyə hazır olur və sair əziyyətlərə dözür, lakin cismin xəstəliklərindən çox-çox mühüm və təhlükəli olan qəlb xəstəlikləri üçün əsla hərəkət etmir. Bütün bunlar azmış kimi Allahın və Onun rəsulunun bu xəstəliklər və müalicəsi barəsində dediklərini dinləmir. Bu mərəzlərin onun üçün yaratdığı dünyəvi əziyyətlərə dözür və axirətdə onun üçün hazırlanmış əzablarn varığna inanmır və ya onlardan uzaq olacağını düşünür.
Görəsən Allahın və Peyğəmbərin (s) dedikləri bir həkimin dediyi qədər əhəmiyyətli deyilmi?
Bəlkə Allahın və Peyğəmbərinin də (s) dediklərinə diqqət yetirsin və bir gün özü-özünə desin: Bəlkə doğrudan da ruhani xəsəliklər həlak edəndir?! Bəlkə vaxt varkən onları müalicə etmək lazımdır?!
Axı ağıl tələb edir ki, dəhşətli ziyanı uzaqlaşdırmaq üçün (hətta ehtimaldan başqa heç nəyə əsaslanmasa belə) tədbir görmək vacibdir!
Aman, ölüm anından!Qəflət pərdələri götürüləcək, insanözünü, xəstəliklərini dərk edəcək və çarə yolunu bağlı görəcək! O zaman hər nə qədər fəryad qoparıb təəssüflənsə və özü-özünə, "gör Allahın hüzurunda nələr etmişəm", - deyib ah-nalə etsə də faydası olmayacaq. ("Zumər" surəsi 20-ci ayənin məzmunu.)

www.tgoop.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İlahi, bizim yolunu azmışları da hidayət elə! Amin!
🏴🕊Məsumların hədislərində İmam Mehdi (ə.f) 🕊🏴

📌 Mufəzzəl ibni İmran deyir: eşitdim Cəfər ibni Məhəmməd (ə.s) deyir :
"Hər kim bu işin (İmamın zühurunu) intizarını çəkdiyi halda ölsə, Qaimlə birgə Onun xeyməsində olan kəs kimidir, xeyir bəlkə Allah Rəsulunun önündə qılıncla vuruşan kimidir."

📚 Kəmalud din 2 c , 317 s

www.tgoop.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
🏴🕊Məsumların hədislərində İmam Mehdi (ə.f)🕊🏴

📌 İmam Sadiq (ə) buyurur: Əgər Sahibinizin (İmam Mehdini ə.f) qeyb olduğu zamana çatsaz, Onu (ə.f) inkar etməyin.

📚Şeyx Tusi (r.ə) - "Ğeybət" səh.160

www.tgoop.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
Forwarded from Post Bot
Milləəəəəət 🤩🤩bu axşama çooox gözəl kanal tapmışam.Kanaldakı Videolar və paylaşımlar keyfiyyətli və möhtəşəmdir həmdə  kanallar çox aktivdir 🤌

Hər an nə paylaşıb deyə həvəslə baxdığım kanallardır, sizədə tövsiyə edirəm🤩🥳Fürsəti əldən verməyin . Vaxt məhduddur.


Hazırladı: @Ar_Rad_info
@fenixs313
2024/05/16 16:20:07
Back to Top
HTML Embed Code:


Fatal error: Uncaught Error: Call to undefined function pop() in /var/www/tgoop/chat.php:243 Stack trace: #0 /var/www/tgoop/route.php(43): include_once() #1 {main} thrown in /var/www/tgoop/chat.php on line 243