Telegram Web
📿 Zalımdan haqqın alınması üçün dua


Hər kim qaranlıq gecədə alnını torpağa (möhürə) qoyub səcdə halında 100 dəfə:

يا مُذِلُّ الجِبَارِينَ وَ مُبيرَ الظَّالِمِينَ ، إِنَّ فُلاناً أَذَلَّنِي فَخُدْ لِي حَقَّى مِنهُ

"Ya muzilləl-cəbbarin və mubirəz-zalimin, innə fulanən əzəlləni fəxuz li həqqi minhu" - deyərsə, öz haqqını həmin zalım şəxsdən almış olar. (Qeyd: Fulanə kəlməsinin yerinə həmin şəxsin adı deyilir.)

📚 "Misbah", Kəfəmi, səh. 459.
5👍1
Fatimənin (s.ə) şəxsiyyəti.

Fatimənin (s.ə) şəxsiyyətindən danışmaq çox çətindir. Fatimədə (s.ə) İslamın istədiyi, nəzərdə tutduğu qadın nümunəsi var. Onun simasını Peyğəmbər (s) özü mübarizə meydanlarından keçirərək yaratmışdı. Bir sözlə, o, hər bir cəhətdən qadın nümunəsi yaradılmışdı.
Ataya necə qız olmalı?
Ərə necə yoldaş olmalı?
Övlada necə ana olmalı?
Cəmiyyətə necə qadın olmalı?

Fatimə bütün bu suallara cavabdır. O, özü bir imam, rəhbərdir. Yəni dünya qadınları üçün misilsiz bir ideal!

© Məzlum şəhid Dr. Əli Şəriəti (r)


#Fatimeyi_Zəhra
#Fatimə #Zəhra
#Əli_Şəriəti
4🥰2👍1
🏴  İmam Sadiq (ع) buyurur:

- "Fǝcr" surəsi İmam Hüseynə (ع) məxsusdur. Hər kəs "Fǝcr" surəsini oxusa, Qiyamətdə İmam Hüseynlə (ع) və onun qonşuluğunda həmin dərəcədə Behiştdə məskunlaşacaqdır.
6👍4🥰3
Allahın (yaradılış) iradəsi olmadıqda heç kəsə bir müsibət üz verməz. (Bu həmin şəxsin öz günahları yaxud da varlıq aləminin kamil nizamı əsasında olar). Və kim Allaha iman gətirsə, Allah onun qəlbini (başqa mərifət və kamallara doğru) yönəldər və Allah hər şeyi biləndir.

Təğabun surəsi, ayə 11.
🥰31👍1
🔵 Ariflərdən kəlamlar


Əgər qəlbində Xanım Zəhra' ya (s.ə) məhəbbətin varsa, bil ki, hələ Allahın nəzərindən düşməmisən!

✍🏻 Ayətullah Fatiminiya (r.a)
5🥰2
🔵 Ariflərdən kəlamlar


Əgər Əyyami-Fatimə üçün darıxıb ürəyiniz yanırdısa, sizə müjdə verim. Xanım Zəhra (s.ə) da sizin üçün darıxıb...

✍🏻 Ustad Əlirza Pənahian (r.a)
6🥰2👍1
🔵 Ariflərdən kəlamlar


Çətinlik və müşkülü olanların çarəsi Həzrət Zəhraya (s.ə) təvəssül etməkdir.

✍🏻 Ayətullah Təqi Behcət (r.a)
3
📿 Xanım Fatimeyi-Zəhranın (s.ə) ziyarətnaməsi

Oxunuşu:
Əssəlamu ələyki ya mum-təhənətum təhənəkilləzi xələ-qək, fəvəcədəki liməm təhənəki sabirəh, ənə ləki musəddiqun sabirun əla ma əta bihi əbuk, və vəsiyyuhu sələvatullahi ə-ləyhima, və ənə əs`əluki in kuntu səddəqtuki illa əlhəqtini bitəsdiqi ləhuma litusərrə nəfsi, fəşhədi ənni zahirun bivilayə-tiki və vilayəti ali bəytik, sələvatullahi ələyhim əcməin.

Tərcüməsi:
Salam olsun sənə, ey imtahandan çıxan şəxs, Allah səni xəlq etdikdən sonra imtahan etdi və səni imtahanlar müqabilində səbirli gördü. Mən sənin uca məqamını təsdiqləyir, atan və onun canişininin (Allahın salamı olsun onlara) gətirdikləri müqabilində səbirliyəm. Biz səndən istəyirik ki, əgər səni təsdiq edənlərdən olsaq, mütləq bizim təsdiqimizi atan Rəsulullah (s) və onun canişini Əliyə (ə) çatdır ki, ürəyimi sevindirəsən. Şahid ol ki, mən ixlasla sənin və Əhli-Beytinin (Allahın salamı olsun onların hamısına) vilayətinə sarılmışam.

📖 Şeyx Abbas Qummi, Məfatihul Cinan kitabından
4🥰2👍1
🔵 Məsumlardan Hədislər


Həzrət İmam Əli (ə.s), Həzrət Zəhranı (s.ə) dəfn edərkən belə buyurdu:

"Bu müsibətə görə hüznüm əbədidir".

📚 Nəhcül-Bəlağə, xütbə 201
😢6
📿 Müşküllərin həlli


Müşküllərin həlli üçün Xanım Zəhraya (s.ə) təvəssül etməyin çox böyük təsiri vardır.

Çətinlik vaxtında Xanım Zəhra (s.ə) təvəssül edin və gündə bu duanı 1000 dəfə oxuyun:

Əllahummə bihəqqi Fatimətə və əbihə və bə'lihə və bənihə və vəs-sirrə mustəvdəi fihə.

"Ey Allahım, Fatimənin, atasının, yoldaşının və oğlanların və onda qoyulmuş sirrə xatir".

Bu təcrübə olunmuş dualardandır.

📚 Ariflərin sınanmış zikrləri, c. 2, səh. 72
3👍2
📿 Nigarançılıqların həlli


Ayətullah Behcət (r.a) bir nəfərdən belə nəql edir:

"Yuxuda mənə dedilər ki, camaata deyim ki, nigaran və narahatçılıqların həlli üçün Həzrəti Fatimeyi-Zəhranın (s.ə) ziyarətnaməsini çox oxusunlar. "

📚 Ariflərdən zikrlər, səh. 76
4
🔵 Məsumlardan Hədislər


Həzrəti Peyğəmbər (s) buyurub:
Ey Fatimə (s.ə)! Hər kəs sənə salavat göndərsə, Allah Təala onu bağışlayar və behiştdə mən harda olsam onu mənim yanımda qərar verər.

O, salavat beledir:
"Allahummə səlli əla Fatimətə və əbiha və bə'liha və bəniha və sirril mustəodəi fiha bi ədədi ma əhatə bihi ilmuk."
5
📿 Ya Salam zikrinin fəzilətləri


Bu ismi zikr edənləri ilan və əqrəb sanca bilməz. Çarəsiz qalınan xəstəliklərdən qurtarmaq üçün bu ad olduqca təsirlidir. Bu adı ixlasla zikr etməyi davam edənlər hər cür təhlükəli xəstəliklərdən qurtularlar. Bu ad, Yasin surəsinin "Saləmun qovləm mir Rabbir Rahim" ayəsi ilə deyilərsə, ortaya əsrarlı təsəvvuflar meydana çıxar. Çox xeyirli nəticələr alınar. Bu ayə (131, 313, 432, 817) bu sayların hər hansı biri qədər zikr edilərsə, çox üstün nəticələr əldə edilər. Salam adı qurtarıcı bir rəhmətdir. Qoruyucu bir zirehdir. Çox əzəmətli bir isimdir.

📖 İsmi şəriflərin hikmətləri, səh. 37-38
6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xanım Zəhrada (s.ə) Peyğəmbərlər kimi irs apardı
6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Cümə Dua'dır...
Cümə sevənin sevdiyini xatırlamasıdır..
Peyğəmbər (s.a.v) "Cümə günü üzərinə günəşin doğduğu ən xeyirli gündür." buyurmuşdur...
Bu xeyirli gündə olacaq bütün Dua'larınızın qəbul olması diləyi ilə..
Rəbb'im bu mübarək Cümə günündə bütün xəstələrə şəfa versin..
Bütün sıxıntıları, problemləri, dərdləri olanları asanlığa çıxarsın...
Bütün köməyə ehtiyacı olanlara kömək olsun...
Rəbb'im bizi mərhəmətinə sığdırsın...
Qəlbimizdə olub, dilimizə gətirə bilmədiyimiz Dua'larımızı qəbul etsin...
Qəbul ediləcəyinə gerçəkdən inanaraq Allah'a Dua edin...
Bilin ki Allah, ciddiyətdən uzaq bir qəlb ilə edilən Dua'ları qəbul etməz...
Cümə'nin xeyir və bərəkəti üzərimizdə olsun.. 🕊

"Mehdi (ə.f) ətirli Cüməniz mübarek"🌹🌹🌹
6
🔹 Günün təqvimi, zikrləri və xüsusi hadisələr

Sabah:
📆 Miladi: 24 Yanvar 2025
☀️ Şəmsi: 5 Bəhmən 1403
🌙 Hicri Qəməri: 23 Rəcəb 1446

🔻 Bu günə aid əlamətdar hadisə
◾️ Yoxdur

📌 Gələcək günlərə aid əlamətdar hadisələr:
▫️ İmam Musa Kazımın (ə.s) şəhadətinə 2 gün qaldı
▫️ Hz Əbu Talibin vəfatına 3 gün qaldı
▫️ Əziz İslam Peyğəmbərinin (s.ə.a.s) peyğəmbərliyə seçilməsinə 4 gün qaldı
▫️ İmam Hüseynin (ə.s) mövluduna 9 gün qaldı
▫️ Hz Əbəlfəzlin mövluduna 10 gün qaldı
3
🔸 Cümə gününün duası 🤲🏻

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الْحَمْدُ لِلَّهِ الْأَوَّلِ قَبْلَ الْإِنْشَاءِ وَ الْإِحْيَاءِ وَ الْآخِرِ بَعْدَ فَنَاءِ الْأَشْيَاءِ الْعَلِيمِ الَّذِي لا يَنْسَى مَنْ ذَكَرَهُ وَ لا يَنْقُصُ مَنْ شَكَرَهُ وَ لا يَخِيبُ مَنْ دَعَاهُ وَ لا يَقْطَعُ رَجَاءَ مَنْ رَجَاهُ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ وَ كَفَى بِكَ شَهِيدا وَ أُشْهِدُ جَمِيعَ مَلائِكَتِكَ وَ سُكَّانَ سَمَاوَاتِكَ وَ حَمَلَةَ عَرْشِكَ وَ مَنْ بَعَثْتَ مِنْ أَنْبِيَائِكَ وَ رُسُلِكَ وَ أَنْشَأْتَ مِنْ أَصْنَافِ خَلْقِكَ أَنِّي أَشْهَدُ أَنَّكَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ وَحْدَكَ لا شَرِيكَ لَكَ وَ لا عَدِيلَ وَ لا خُلْفَ لِقَوْلِكَ وَ لا تَبْدِيلَ وَ أَنَّ مُحَمَّدا صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ عَبْدُكَ وَ رَسُولُكَ أَدَّى مَا حَمَّلْتَهُ إِلَى الْعِبَادِ وَ جَاهَدَ فِي اللَّهِ عَزَّ وَ جَلَّ حَقَّ الْجِهَادِ وَ أَنَّهُ بَشَّرَ بِمَا هُوَ حَقٌّ مِنَ الثَّوَابِ وَ أَنْذَرَ بِمَا هُوَ صِدْقٌ مِنَ الْعِقَابِ اللَّهُمَّ ثَبِّتْنِي عَلَى دِينِكَ مَا أَحْيَيْتَنِي وَ لا تُزِغْ قَلْبِي بَعْدَ إِذْ هَدَيْتَنِي وَ هَبْ لِي مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ أَنْتَ الْوَهَّابُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَى آلِ مُحَمَّدٍ وَ اجْعَلْنِي مِنْ أَتْبَاعِهِ وَ شِيعَتِهِ وَ احْشُرْنِي فِي زُمْرَتِهِ وَ وَفِّقْنِي لِأَدَاءِ فَرْضِ الْجُمُعَاتِ وَ مَا أَوْجَبْتَ عَلَيَّ فِيهَا مِنَ الطَّاعَاتِ وَ قَسَمْتَ لِأَهْلِهَا مِنَ الْعَطَاءِ فِي يَوْمِ الْجَزَاءِ اِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ

▫️Transkripsiya:
Bismillahir rəhmanir rəhim Əlhəmdu lillahil əvvəli qəbləl inşai vəl ihya, vəl axiri bədə fənail əşyail əlimilləzi la yənsa mən zəkərəh, və la yənqusu mən şəkərəh, və la yəxibu mən dəah, və la yəqtəu rəcaə mən rəcah, Əllahummə inni uşhi-dukə və kəfa bikə şəhida, və uşhidu cəmiə məlaikətikə və sukkanə səmavatikə və həmə-ləti ərşik, və mən bəəstə min ənbiyaikə və rusulik, və ənşətə min əsnafi xəlqik, ənni əşhədu ənnəkə əntəllahu la ilahə illa ənt, vəhdəkə la şərikə ləkə və la ədil, və la xulfə liqəvlikə və la təbdil, və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi əbdukə və rəsuluk, ədda ma həmməltəhu iləl ibad, və cahə-də fillahi əzzə və cəllə həqqəl cihad, və ənnəhu bəşşərə bima huvə həqqun minəs səvab, və ənzərə bima huvə sidqun minəl iqab, Əllahummə səbbitni əla dinikə ma əhyəytəni, və la tuziq qəlbi bədə iz hədəytəni, vəhəb li min lədunkə rəhməh, innəkə əntəl vəhhab, səlli əla Muhəmmədin və əla ali Mu-həmməd, vəcəlni min ətbaihi və şiətih, vəhşurni fi zumrətih, və vəffiqni li ədai fərzil cumuat, və ma əvcəbtə ələyyə fiha minət taat, və qəsəmtə liəhliha minəl ətai fi yəvmil cəza, innəkə əntəl əzizul həkim.

▫️Tərcümə:
Həmd-səna varlığın həyatdan öncə başlanğıcı, mövcudların fənasından sonra sonu olan Allaha məxsusdur! O elə bir alimdir ki, Onu yada salanı yaddan çıxarmaz, şükür edənə nemətini əskiltməz, Onu çağıranı naümid etməz, ümid edənin ümidini qırmaz. Allahım, mən Səni şahid tuturam və Sənin şahidliyin bəs edər; şahid tuturam mələkləri, səma sakinlərini, ərşi aparanları, seçdiyin peyğəmbərləri, yaratdığın hesabsız varlıqları (bütünlüklə şahid tuturam) ki, şəhadət verim: Sənsən bir Allah ki, Səndən başqa məbud yoxdur, şəriki və misli olmayan yeganəsən; Sənin sözündə səhv və dəyişiklik yoxdur. Şəhadət verirəm ki, Məhəmməd səlləllahu ələyhi və alihi və səlləm Sənin bəndən və rəsulundur. O, bəndələrinə çatdırılmasını əmr etdiyini yerinə yetirməkdə və Allah yolunda lazımınca çalışdı, savabla bağlı haqq-həqiqəti yaxşı mükafatla müjdələdi və doğru olanı cəhənnəm əzabı ilə qorxutdu. Allahım, Sənsən məni həyatda saxlayan, məni dinində sabitqədəm et, qəlbimi yol göstərdikdən sonra azdırma və mənə öz tərəfindən mərhəmət nəsib et ki, həqiqətən, Sənsən bağışlayan! Salam yetir Məhəmməd və onun Əhli-beytinə; məni onların ardıcılı və şiələrindən qərar ver, onların sırasında məşhur et və qiyamət səhnəsinə gətir, məni cümələrdə vacib olanlara, günün ibadətlərinə, cümə ibadəti müqabilində insanlara verəcəyin mükafata müvəffəq et ki, Sənsən iqtidar və hikmət sahibi!
5
Həzrət Peyğəmbər (s):

"Ən uzaq görən insan, hamıdan çox öz qəzəbinə qalıb gələndir."

Ə'mali, Şeyx Səduq, səh. 28, hədis 4
8
Surələrin adlandırılması
Qurani kərimdə olan bir çox surələrin tək adı var və bəzilərinin isə iki və daha artıq adı vardır, məs:
2 adlı surələr – Şura – Ha-mim-ayn-sin-qaf;
Casiyə – Əş-şəriə;
Muhəmməd – Qital;
Ər-Rahmən – Ərusul-Quran
3 adlı surələr – Maidə - Əl-Uqud, Əl-Munqizə;
Ğafir – Ət-Tul, Əl-Mumin;
Bəzi surələr vardır ki, onun üçün bir neçə ad zikr olunubdur.
Bir neçə adı olan surələr – Tövbə - Bəraət, Əl-Faziə, Əl-Hafirə
Cəlaləddin Suyuti bu surə üçün 10-dan çox ad zikr etmişdir. Mübarək “Həmd” surəsi üçün 20-dən artıq ad zikr olunmuşdur:
Əl-Həmd, Fatihətul-Kitab, Ummul-Kitab, Ummul-Quran, Fatihətul-Quran, Əl-Quranil-Əzim, Əs-Səbiul-məsani, Əl-Vafiyə, Əl-Kənz, Əl-Kafiyə, Əl-Əsas, Ən-Nur, Əş-Şukr, Əl-Həmdul-ula, Əl-Həmdul-Qusra, Ər-Raqiyə, Əş-Şəfa, Əş-Şafiyə, Əs-Səlat, Əd-Duə, Əs-Sual, Əl-Munacat, Ət-Təfviz.
4👍2
2025/10/11 23:54:12
Back to Top
HTML Embed Code: