Telegram Web
"Bayer Leverkusen" klubu "Qarabağ"ı "Xoş gəlmısınız" cümləsi ilə salamlayır.
Hansı oxunuş forması yanlışdır?
Anonymous Quiz
8%
[fərziyə]
19%
[ədəbiyat]
9%
[səyyar]
64%
[məxfi]
Hansı söz lüğətimizdə mövcud deyil?
Anonymous Quiz
40%
skoç
34%
kley
26%
pinset
In English we don't congratulate people on holidays, we simply say:

"Happy New Year!"
"Happy Nowruz!"

We congratulate people on their achievements and accomplishments:

"Congratulations on new job!"
"Congratulations on your IELTS score!"

➡️ https://www.tgoop.com/timeacademyaz

Happy Nowruz! 🔥
Hər cümlənin sonunda 7‐8 nöqtə qoymaq yazınızı dolğun yox, eybəcər edir.
Hansı yazılış forması doğrudur?
Anonymous Quiz
10%
birüzə
47%
biruzə
40%
büruzə
3%
bürüzə
"TikToker", "TikTok"er", yoxsa "tiktoker"?

Əlbəttə, bunların heç biri orfoqrafiya lüğətində yoxdur, ona görə də internet jarqonunda işlənən bu sözün yazılış qaydasını özümüz, necə deyərlər, düzüb-qoşa bilərik. Necə? Əlimizdə olan məlumatın köməyi ilə. "TikTok" platformanın adıdır və yazılış forması saxlanılaraq dırnaq işarəsi ilə verilməsi normaldır. Digər tərəfdən, lüğətimizdə "feysbuk", "instaqram", "vatsap" kimi sözlər də var və bu sözlər müvafiq platforma adlarının dilimizdə ümumi isim kimi işlənə bilməsinin göstəricisidir. İngilis dilindəki "-er" şəkilçisi isə sözügedən platformanın adına qoşulub və nəticədə orada fəaliyyət göstərən şəxsi ifadə edən söz alınıb. Yəni sonda ümumi isim əmələ gəlib. Dilimizdə bu sonluğu olan alınma sözlər az deyil: ekvayer, spiker, vindsörfer və s. Bəli, yuxarıda göstərildiyi kimi, "TikTok" platformanın adıdır, amma lüğətimizdə digər platforma adlarının da transliterasiya olunmuş və ümumi isim halını almış formaları var. Bu məqamlardan irəli gələrək qeyd edə bilərik ki, cümlə daxilində "tiktoker" sözünün bu formada işlənilməsi səhv deyil.
Məsələ müzakirəyə açıqdır, elə "tiktokçu" sözünü də təklif edə bilərsiniz. 🙂
Orta təhsili başa vurmuş şəxslərə sual: məktəbinizin kitabxanasındakı kitablardan tez-tez istifadə edirdiniz?

Əvvəlki paylaşımların birində qeyd etmişdim ki, dilimizin inkişafına ümid daha çox gələcək nəslin əllərindədir. Məsələn, Füzulidəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb keçən il açılıb, bu il isə məktəbdə artıq 500-ə qədər şagird təhsil alır! Hər şey bir yana, məktəbin Azərbaycan dilində kitablarla zəngin kitabxanası var. Yəni şagirdlər maraqlandıqları sahələr üzrə məlumatı artıq doğma dillərində daha rahat tapa biləcəklər!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Ümumdünya Kitab Günüdür. Gördüyünüz kimi, əvvəlki cümlədə əlamətdar günün adı dırnaq işarəsi olmadan yazılıb, çünki qayda belədir. Bəli, bu qaydanı tez-tez paylaşdığımızı düşünə bilərsiniz, amma görünən də odur ki, buna ehtiyac var.
Yeri gəlmişkən, hazırda Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb zəngin kitabxanası ilə seçilir. Təsəvvür edin, buradakı azərbaycandilli mənbələrdən istifadə edən və dilimizin müxtəlif sahələrdə işlənməsini müşahidə edən şagirdlər gələcəkdə dilimizə daha böyük töhfələr vermək iqtidarında olacaqlar.
Qeyd etmək lazımdır ki, Ümumdüya Kitab Günü münasibətilə "Nar" bu məktəbin kitabxanasına yeni kitablar hədiyyə edib. Bu sosial layihənin faydasını isə şagirdlərin qazanacaqları uğurların tərkibində görəcəyik. Çox gözəl təşəbbüsdür! Ümumiyyətlə, bütün yerli şirkətləri Azərbaycan dilinin, təhsilin inkişafına yönəlmiş bu cür layihələr hazırlamağa çağırırıq!
"Belə deyək də" ifadəsini hansı məqsədlə işlədirsiniz?
Dostlar, nəzərinizə çatdırmaq istəyirik ki, səhifəmizdə tərcümə, redaktə və korrektə xidmətləri mövcuddur. Hazırda bu sahələr üzrə bir neçə şirkətlə əməkdaşlıq edirik. Hər bir şirkətin ictimai mətnlərinin yazılış tərzi onun imicinin bir hissəsidir. Odur ki mətnlərinizin yazı qaydalarına uyğun olmasını istəyirsinizsə, onları bizə göndərə bilərsiniz.
"Hələ ki" ifadəsindən sonra vergülün qoyulub‐qoyulmamasını yadda saxlamaq üçün cümlədə bu ifadənin əvəzinə "hələ" və ya "hələlik" sözünü işlətmək kifayətdir:

• Dostum fikrini hələ ki dəyişməyib.
• Dostum fikrini hələ dəyişməyib.
• Dostum fikrini hələlik dəyişməyib.
#qaydadəftəri
"Grammar Azi" adminini necə qıcıqlandırmaq olar? Heçcür.
"Da" və "də"nin sözdən ayrı yazılması üçün bu iki üsul da işinizə yaraya bilər:

1) Məşhur "dana" üsulu haqqında eşitməmiş olmazsınız. Deməli, əgər "da" və ya "də" əvəzinə "dana" dialekt ədatını işlətmək olarsa, onlar sözdən ayrı yazılmalıdır. Məsələn:
• Bunu yazın da!
• Bunu yazın dana!

2) "Da" və "də" rolunda "həmçinin" də işlətmək olarsa, onlar sözdən ayrı yazılmalıdır. Məsələn:
• Dərsdə Arif də iştirak edirdi.
• Dərsdə həmçinin Arif iştirak edirdi.

Qalan bütün hallarda onlar sözə bitişik yazılmalıdır.

Bəli, yuxarıdakı üsullar, nümunələr kobud və terminlərdən uzaqdır, amma ümid edirəm, ədat, bağlayıcı, şəkilçi məsələlərini bilməyən şəxslər onlardan faydalana biləcəklər. Siz də təklif etdiyiniz üsulları şərh bölməsində yaza bilərsiniz.
2024/05/21 01:25:00
Back to Top
HTML Embed Code:


Fatal error: Uncaught Error: Call to undefined function pop() in /var/www/tgoop/chat.php:243 Stack trace: #0 /var/www/tgoop/route.php(43): include_once() #1 {main} thrown in /var/www/tgoop/chat.php on line 243